“Tələsik qərar verib, təbrik edəcəyik…” - Anar Behrudinin istefa qərarına belə cavab verdi

  • By admin
  • 13 Sentyabr 2016 22:49

anar

“Rüstəm Behrudi tələskənlik edib”.
Gununsesi.info xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar şair Rüstəm Behrudinin sözügedən qurumdan istefa bəyanatına münasibət bildirərkən deyib.
AYB sədrinin sözlərinə görə, tələsməyə ehtiyac yox idi:
“Təbrik də olacaq, tədbir də. Sadəcə, indi Yazıçılar Birliyinin binası təmirdədir.
Üstəgəl, qurumda böyük əksəriyyət məzuniyyətdədir. Təmir bitib, hamı məzniyyədən qayıdandan sonra onun ad gününü təbii ki, qeyd edərik”.
Anar R.Behrudini istedadlı şair adlandırıb və deyib ki, o, olduqca tələsik qərar verib.  “Bəlkə reklam, piar üçündür”- deyə, versiya yürüdən AYB sədri daha sonra aşağıdakıları vurğylayıb: “Amma belə piar əsl şairə yaraşmaz. Rüstəm isə əsl şairdir”.
Gununsesi.info