“Tərəflər müharibəni rədd etdilər” - Uorlikdən açıqlama

  • By admin
  • 09 İyul 2016 10:37

vorlik

 

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır”.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “twitter” səhifəsində yazıb.

O, NATO-nun Varşavada keçirilən sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin ötən gün Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdüyünü xatırladıb:

“Görüşdə bütün tərəflər müharibəni rədd etdilər və danışıqlar prosesinə sadiqliklərini bildirdilər”.

Gununsesi.info