Təyyarə texniki nasazlıq nəticəsində avtomagistrala endi - QƏZADA İKİ NƏFƏR YARALANDI - FOTOLAR

  • By admin
  • 01 İyul 2017 10:23

96d1d5fccf3d4e5a8e7d801218b8a45a

Kaliforniyada ikimotorlu yüngül təyyarə texniki nasazlıq nəticəsində avtomagistrala məcburi eniş edib.

Gununsesi.info NBC News-ə istinadən xəbər verir ki, qəza Kaliforniyanın cənub hissəsində aeroport yaxınlığında baş verib.

Təyyarə eniş etdikdən sonra yanıb. Təyyarənin bortunda 50-60 yaşında qadın və kişi olub. Yanğın zamanı onları təyyarədən xilas etmək mümkün olub.

Təyyarə avtomagistrala eniş edərkən bir avtomobil zədələnsə də, xoşbəxtlikdən sürücü xəsarət almayıb.

336d90bd62ff460782630e1bac0f2e03

2168135_1280x720

foto-abc-news-7_rect_123f4f38f9b832b6871e9e833982c450

Gununsesi.info