Tacikistanlı qız kainat gözəli seçildi - FOTO

  • By admin
  • 13 Noyabr 2017 09:30
Gununsesi.info xəbər verir ki, 11 noyabrda gecə saatlarında  Soçidə “Kainat  2017” – nin ən gözəl qızı müəyyənləşdirilib. 
Bu qız Tacikistandan Anna Muminovadır. Moskvadan Tatyana Fomiçeva “Kainat 2017″-nin “birinci vitse gözəli” titulunu, Novokuznetskdən Mariya Demidova “Kainat 2017-nin ikinci vitse gözəli” titulunu qazanıb.
Qalib qız 2018-ci ilin sentyabrında ABŞ-ın Las Veqas şəhərində daha yüksək səviyyədə  keçiriləcək “2018 Kainat gözəli”nin jüri heyətinə daxil olmaq hüququ qazanır.
Jüri heyətində Tverdən Anastasiya Posmeşnıx  iştirak edib. 12 noyabr 2017-dən dünya üzrə bütün kastinqlər (seçilmişlər) “2018 Kainat gözəli” müsabiqəsinə çalışırlar.
Xatırladaq ki, dünya üzrə kastinqlər hələ 2016-cı ildən buraxılıblar. Seçmə turlarda 10 ölkədən qızlar iştirak ediblər. Bir neçə ay ərzində müsabiqənin saytında seçmə turlar keçirilib, təltif olunma mərasiminə  Soçiyə üç finalçı gəlib.
Gununsesi.info