Tramp Filippin prezidentini mahnı oxumağa məcbur etdi

  • By admin
  • 13 Noyabr 2017 09:35

Filippin prezidenti Rodriqo Duterte Cənub-Şərq Asiya Ölkələri Assosiasiyasının (АСЕАН) 31-ci sammitinin qala-naharında ABŞ prezidneti Donald Trampın “tələbi ilə” mahnı oxuyub.

Gununsesi.info xəbər verir ki, Filippin lideri səhnəyə qalxaraq müğənni Polita Korrales ilə bir yerdə oxuyub.

Çıxışını bitirdikdən sonra isə kinayə ilə deyib: “Xanımlar və cənablar! Mən Amerika Birləşmiş Ştatlarının Ali Baş Komandanının tələbi ilə oxudum”.

Qeyd edək ki, АСЕАН sammiti Filippinin paytaxtı Manilada keçirilir. Sammitdə 20-dən çox ölkə rəhbəri, eləcə də BMT-nin baş katibi Antonio Qutteriş iştirak edir.

Gununsesi.info