Tahir Kərimli: “Milli hökuməti Rəsul Quliyev, Abbas Abbasov kimi mafiozlar yıxdı”

  • By admin
  • 01 İyun 2016 11:05

Tahir Kerimli

“İsa Qəmbər Azərbaycanın MDB-yə girməsini istəyirdi”

 

 

4 iyun 1993-cü il Gəncə hadislərindən 23 il ötür. Bu hadisələrədən xeyli müddət keçməsinə baxmayaraq hələ də bu hadisələrin açılmayan səhifələri çoxdur. Hələ də cəmiyyətimizdə baş verən günahların kökünü 1993-cü il iyun hadisələrində axtarılır və ya o zamankı, hakimiyyət qınanılır.

1992-93-cü ildə Ali Məhkəmənin sədri işləmiş, Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli  “Gununsesi.info”-ya yaxın tariximizdə baş verənlər barəsində danışıb.

 

-Tahir bəy, Sizcə 1993-cü il iyun hadisələrini necə qiymətləndirirsiniz? Siz belə bir hadisə gözləyirdinizmi?

 

-Əgər düzünü desəm 4 iyun hadisələri mənim üçün qəfil bir  hadisə oldu. Mən o hadisələr baş verəndə Lahıcda idim.

Düzdür, hakimiyyət daxilində baş verən proseslərdən xəbərdar idim. Ancaq hadisələrin bu qədər tez baş verəcəyini gözləmirdim. O baxımdan Gəncə qiyamı mənimçün gözlənilməz oldu.

Hadisəni eşidən kimi Bakıya qayıtdım. Gəncədə o zaman tanıdğım nəqliyat prokuroru işləyən və deputat Əli Ömərova tez zəng edib baş verən hadisələri soruşdum və dedim ki, bu nə biabırçılıqdı. Təcili bunların qarşısı alınmalıdır və sair. O isə cavabında mənə nə desə yaxşıdır: “Bəy artıq siz uduzmusunuz.Hansı ki, mən onu öz komandamızdan sayırdım. Uduzmusunuz, sizin axrınız çatıb. Hakimiyyətiniz əldən gedib.

-Yəni demək istəyirsiniz ki, qiyamın səbəblərindən biri də hakimiyyətdaxili münasibətlər olub?

-Bəli. Doğurdan da hakimiyyət daxilində müxtəlif proseslər gedirdi. Ən çox fikir ondan ibarət idi ki, hərə  özünə səlahiyyət tələb edirdi. Özünü prezident kimi aparırdı.

-Sizin də vəzifədən uzaqlaşdırmağa çalışırdılarmı?

-Bu qruplaşmaların məni də sıradan çıxarma planı var idi. Amma mən özümə olan bu hərəkətlərdən  narazı idim. Mən onlara başa sala bilmirdim ki, məhkəmə hakimiyyətə elə müstəqil olmalıdır.Yəni mən məhkəmənin müstəqilliyini Tahir Kərimli üçün istəmiridm. Mən məhkəmə müstəqilliyini İcra hakimiyyəti və qanunverici hakimiyyətdən asılı olmayaraq  müstəqil  hakimiyyət kimi formalaşdırılmasına can atırdım.Bunun üçün də əlimdə istefa ərizəsi ilə parlamentdə məhkəmələrin müstəqilliyni təmin edəcək qanunverici bazanın formlaşması ilə bağlı qanun layihələrinın qəbulu tələbi ilə çıxış edirdim.Elə zaman olurdu ki, parlament  təklif etdiyim bir sıra qanunları rədd edib qəbul etmək istəməyib.  O zaman müavinim Xanlar Hacıyev idi və o da üzüyumşaq bir insan idi. Qanunların qəbulunda ciddi dirəniş göstərə bilmirdi.

Ona görə də istefa ərizəsi yazıb tələb etdim ki, ya təklif etdiyimiz qanunları qəbul edin, ya da mən istefa verirəm.

Hətta bir sirrin üstünü açım. O zaman rəhmətlik prezident Əbülfəz Elçibəylə söhbətim oldu və dedim ki, qoy sizdn şikayət olsun və məhkəmə də bununla bağlı qərar çıxarsın. Xalq görsün ki, ölkədə demokratiya, müstəqil məhkəmə hakimiyyəti var. Desinlər ki, prezidenti də məhkəməyə verirlər.

Mən onun tərəfdarıydım ki, Azərbaycanda da hakimiyyət bölgüsü ABŞ-kı kimi olsun. Prezident, parlament və məhkəmə sistemi… Çox təəssüf ki, məni anlayan yox idi. Və ona görə də mənə qarşı da ittihamlar və hücumlar olurdu.

-Elə hesab edirdilər ki, siz onlara qarşısınız yoxsa, özlərinki hesab etmirdilər?

  • Təvazökarlıqdan uzaq olaraq deyim ki, o zaman tək tək vəzifəli şəxslər hərəkata qoşulmuşdu və onalrdan biri də mən idim. Mən hərəkata küçədən və ya  çayxanadan gəlməmişdim.Mənim vəzifəm, imkanım var idi. Hamısını qurban vermişdim. Heç ağlıma da gəlmirdi ki, hakimiyyətə gələcəyik.

Onların mənə qarşı əsas iddiası ondan ibarət idi ki, guya mən işdən çıxarılan vəzifəli şəxsləri mən yenidən işə bərpa edirəm. Və bununla da guya onları işləməyə qoymuram. Ancaq əslində belə olmayıb. Çıxarılanların çoxu rayon məhkəmələri tərəfindən yenidən  işə bərpa olunurdu. Rayon məhkəmələri də o zaman Ədliyyə nazirlyinə tabe idi. Mən də çalışırdım ki, rayon məhkəmələri də müstəqil olsun.

Amma özləri Müzamil Abdullayev, Rəsul Quliyev, Abbas Abbasov, adları yadımdan çıxan mafiaozlar var idi ki, vəzifəyə təyin edirdilər. Məhz elə həmən mafiaozla r da  AXC hakimiyyətini yıxdı.

Ona görə də vahid sistem olmalı idi. Daha cəbhəkratla, partokratları birləşdirib simbioz hakimiyyət quranda sonu da belə olmalı idi.

Digər misal, məni ölüm hökmünü çıxarmamaqda ittiham edirdilər. Ancaq mən normal fəaliyyət göstərmək istəyirdim. Mən o zaman hakimiyyəti başı aşağı salacaq hər hansı hərkət etməmişəm. Əgər varsa  bu gün də cavab verməyə hazıram. Rüşvət almamışam. Yaxınımı vəzifəyə təyin etməmişəm, özümə şərait düzəltməmişəm. … Savadsız deyildim, və yaxud peşəkarlığıma  kimsə etiraz edə bilməz..Mən bütün varlığımla qurduğumuz xalq hakmiyyətinin möhkəmlənib, inkişafı üçün çalışırdım.

-Tahir bəy, o zaman AXC hakimiyyətinin Rusiya ilə münasibətlərə yenidən baxması təklif olunurdu və deyilənlərə görə, bu ideyanın əsas tərəfdarlarından biri  də İsa Qəmbər hesab olunurdu. Bu doğrudurmu? – Bir dəfə dedilər ki, bəs, Milli Məclisdə qapalı iclas keçirilir və orada Azərbaycanın MDB-yə qoşulması müzakirə olunur. Və tez əlimdə  istefa ərizəsi ilə parlamentə gəldim. Gördüm, qapalı iclas gedir  və Azərbaycanın MDB-yə qoşulması rəsmi qaydada gündəliyə salınıb müzakirə olunur. İclasın dəqiq tarixi yadımdan çıxıb. Tez söz alıb bu məsələnin əleyhinə olduğumu və istefa ərizəsi ilə çıxış etdim. Dedim ki, buradan çıxıb  Ayaz Mütəllibovdan, Elmira Qafqarovadan və digərlərindən üzr istəyəcəyəm. Axı, biz onları məhz bu cəhdlərinə görə hakimiyyətdən devirdik. Məgər hakimiyyəti devirdik ki, MDB-yə onların əli ilə  yox bizim əlimizlə olsun. Girən idiksə, elə o zaman MDB-yə girərdik də.. Yəni belə bir vəziyyət yaranmışdı.

Ümumiyyətlə, hakimiyyətin vahid dəsti-xətti, strategiyası, intizam qaydaları yox idi, Məhz  yıxılmasının da əsas səbəblərindən biri bu idi.

Bu intizamsızlığın nəticəsi idi ki, güc struktuları qanunla prezidentə tabe olmalı halda buna riayət etmirdilər. Onun əmirlərinə layiqincə yerinə yetirmirdilər.

Elə hadisələrə baş verirdi ki, adam dəhşətə gəlirdi.

Bir faktı deyim ki, bir dəfə xarici səfərdə olan zaman 700-800 nəfər cinayətkarı həbsxanalardan buraxdılar. Onlardan soruşdum ki, necə oldu  belə etdiniz?.. Bu adamlar da  gedib, qoşuldular Surətin dəstəsinə və hakimiyyətin  çevrilməsində aktiv rol oynadılar. Bax belə adamda təəccüb doğuran hadisələr olurdu.

-Bəs, sizin vəzifədən uzaqlaşdırlmağınıza çalışırdılarm?  Hakimiyətdəki  o qruplaşmalar sizi kimlə əvəzləmək istəyirdilər?

– Var idi. Bir dəfə gəldim gördüm mənim vəzifədən çıxarılmağımla bağlı məsləni müzakirə edirlər. Ancaq Konstitutsiyada Ali məhkəmə sədrinin çıxarılma mexanizmi olmadığından necə etmək lazımdır bilmirlər. Mən dedim ki, niyə özünüzü dağa-daşa salırsınız. Elə mənim istefa ərizəm var da… Çıxarın da… Niyə belə hərəkət edirsiniz?..

-Bəs yerinizə kimin namizədliyini irəli sürmək istəyirdilər?

-Bu gün ad çəkməyə lüzum görmürəm. Onlardan bir çoxu bu gündə məhkəmə hakimiyyətində işləyir.  Namizəd çox idi. Hərənin bir namizədi var idi. Özü istəyənlər də vardı. Bir çoxu sonradan peşman olduqlarını və səhv hərəkət etdiklərini  etiraf etdilər.

-Sizcə o zaman təmiz çalışan insanlar çox idi, yoxsa…

-Yüzlərlə adam sadalaya bilərm ki, onlar vəzifələrində  ideyalarına sadiq qaldırlar və təmiz işlədilər. Sizə bir ürək ağrıdan hadisə danışım. Bir dəfə Ucar rayonuna getmişdim. Oranın Beydulla adlı  icra başçısı vardı. Onun evində qonaq olduq. Təsəvvür edin ki,  icra başçısının evində qonağın altına qoymağa stulu yox idi. Belələri yüzlərlə idi.Əqidələrinə sadiq insanlar çox idi.Kim deyirsə, işləmirdilər, bu  yalandır. Həzrəti Əlinin bir kəlamı var: Deyir ki,  o rəhbər pisdir ki, o özünü deyil, ətrafında görür.

Mürtəza

Gununsesi.info