Tanınmış jurnalist Behrudini müdafiə, Qocanı tənqid etdi

  • By admin
  • 14 Sentyabr 2016 23:40

leman

“Rüstəm Behrudini 1998-ci ildən Hürriyyətdən tanıyıram. Şahvələd Çobanoğludan sonra qəzetə baş redaktor gəlmişdi. Qəzetçi kimi mükəmməl olmaya bilərdi, amma şair kimi mükəmməl şairdir! Biz o vaxt Rüstəm Behrudiyə salam verəndə elə bil Dar ağacına salam verirdik) Bir az qorxaq, bir az çəkingən, necə olmasa çox gənc idik axı. Ona Qəribə Adam kimi baxırdıq, necə ki, o özü Əbülfəz bəyə elə baxırdı”.

Gununsesi.info xəbər verir ki, bunu Əməkdar jurnalist Ləman Ələşrəfqızı öz “Facebook” statusunda yazıb.

O, qeyd edib ki, sonra R. Behrudi qəzetdən getdi, ədəbiyyatda isə qalır.

“Və əminəm ki, qalacaq da. Onun Yazıçılar Birliyindən küskünlüyü bir övladın ailəsindən incikliyi kimidir. İnanın belədir. Adam illərdir ədəbiyyatda külüng çalır, ( şablon da çıxsa), istəyir kimsə çıxıb ona sağ ol desin, təbrik ünvanlasın, yığcam da olsa bir tədbir düzənləsin. Nə olar ki? Heç kimin zəri tökülməz, əksinə bir şair ürəyi dağa dönər. İndi onu qınayanlar guya ürəklərinin ən dərin guşələrində özlərinə qarşı bu diqqəti gözlənirlərmi? Əlbəttə gözləyirlər. Eləsə, başqasından bunu niyə əsirgəyək ki?!
P. S. Məncə Fikrət Qoca həqiqətən çox qocalıb)”-deyə, tanınmış jurnalist sonra qeyd edib.

Gununsesi.info