Tanınmış jurnalist imza gününü keçirir - SEVİNC TELMANQIZININ İKİ KİTABI NƏŞR EDİLİB

  • By admin
  • 20 Oktyabr 2017 15:30

sevinc

 Azərbaycan mediasının tanınmış simalarından biri, “Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızı yeni nəşr olunan kitablarının imza gününü keçirir.

Gununsesi.az xəbər verir ki, tədbir oktyabr ayının 21-də, şənbə günü, saat 15.00-da Park Bulvardakı “Ali və Nino” mağazasında keçiriləcək. Eyni gündə müəllifin həm “Trampın və Sevincin Amerikası”, həm də “Xatirələrin işgəncəyə döndüyü yer” kitablarının imza günü baş tutacaq. Satış üçün ancaq “Xatirələrin işgəncəyə döndüyü yer” adlı kitab nəzərdə tutulub. 10 AZN məbləğində olan kitabı əldə edən oxuculara “Sevincin və Trampın Amerikası” kitabı hədiyyə olunacaq.

sevkitab

Gununsesi.az