
Bir neçə gün sonra, daha dəqiq desək, may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99 illiyi tamam olur.
Gununsesi.info xəbər verir ki, məhz elə bu səbəbdən də artıq xeyli sayda sosial şəbəkə istifadəçisi öz profillərini Respublika gününə həsr olunmuş, üzərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmmədəmin Rəsulzadənin imzası olan “Yaşa, yaşa çox yaşa, Ey şanlı Azərbaycan!” adlı dizaynla bəzəyib.
Nəzərinizə çatdıraq ki, on minlərlə istifadəçi tərəfindən maraqla qarşılanan bu aksiya sayəsində yüzminlərlə facebook istifadəçisi öz profilində Azərbaycan Xalq Cümhuriyyətini anıb.
Qeyd edək ki, ölkənin tanınmış simaları da sözügedən aksiyaya qoşulub. Onların arasında tanınmış jurnalistlərdən Rauf Arifoğlu, Pərviz Həşimli, Mətanət Ağamirli, Anar Nəcəfov, eləcə də müğənni Rəşidə Rəşid, Nuriyyə Hüseynova, uzman cərrah Vasif İsmayıl da var.







Gülnaz Qənbərli
Gununsesi.info










