Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPA) Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi nəzdində fəaliyyət göstərən Tarix Klubu “Türk cumhuriyyətlərində erməni cinayətləri” mövzusunda natiqlik müsabiqəsi keçirib.
Gununsesi.org-un xəbərinə görə, tədbiri giriş sözü ilə açan adıçəkilən Klubun sədri Kənan Həmzəoğlu qonaqları və iştirakçıları salamlayaraq, təşriflərindən dolayı onlara öz minnətdarlığını bildirib.
Daha sonra tələbələr sözügedən mövzuda nitq söyləyib.
Münsiflər heyətinin səsverməsi nəticəsində birinci yerin qalibi Rəhman Süleymanlı, ikinci yerin qalibi Natavan Əkbərli üçüncü yerin qalibi isə Sevinc Məcidli olub.
Qeyd edək ki, münsiflər heyətinidə Etikxeber.az saytının baş redaktoru Kamil Həmzəoğlu, ADPU-nun Azərbaycan tarixi kafedrasının müəllimi, gənc tarixçi Oğuz Məmmədli və Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sevda Abbasova yer alıblar.
Sonda müsabiqə qalibləri mükafatlandırılıb, qonaqlarla xatirə şəkili çəkdirilib.