Tbilisi-Bakı təyyarə reysi gecikir

  • By admin
  • 23 İyun 2018 14:13

Bu gün Tbilisidən Bakıya gəlməli olan təyyarə reysi gecikir.

Azərbaycanın aşağı büdcəli aviareysi olan “Buta Airways”in “J2 9224” reysi yerli vaxtla 11:50-də həyata keçirilməli olsa da, təyyarə hələ də Bakıya çatmayıb.

Amma hava limanında gözləyən insanlara bunun səbəbi barədə heç bir məlumat verilməyib.

Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Report”a açıqlamasında bildirib ki, təyyarə biletlərin qeydiyyatı sahəsində yaranan ümumi problemlərə görə yubanır: “Problem AZAL-la bağlı deyil, çünki, bu, ümumi məsələdir. Problemin aradan qalxması üçün lazımi addımlar atılır. Uçuşun təxirə salınması planlaşdırılmır. Lakin uçuşun nə zaman bərpa olunacağı barədə dəqiq məlumat deyə bilmərəm”.