Tbilisidə keçirilən etiraz aksiyasında baş nazirin istefası tələb edilib

  • By admin
  • 12 May 2018 17:00


Gürcüstanda gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq paytaxt Tbilisidə, parlament binasının qarşısında aksiya keçirilib.

APA-nın  məlumatına görə, “Ağ səs-küy” ictimai hərəkatının təşkil etdiyi aksiya “Biz bir yerdə rəqs edirik, bir yerdə mübarizə aparırıq” şüarı altında baş tutub.

Aksiyaya “Qirçi” Partiyası, gecə klublarında çalışanlar, QHT nümayəndələri qatılıb. Onlar gecə klublarındakı reydlərə görə hökuməti tənqid edərək baş nazirin, daxili işlər nazirinin istefasını və zorakılıqda günahı olanların cəzalandırılmasını tələb ediblər.

Kutaisi və Batumi şəhərlərində də həmrəylik aksiyaları keçirilib.

Qeyd edək ki, bu gün gecə saatlarında Tbilisidəki “Basiani” və “Gallery” gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb.

Gununsesi.info