
Teleaparıcı Zemfira Adıgözəlova plastik əməliyyat etdirib.
Gununsesi.info primetime.az-a istinadən xəbər verir ki, rinoplastika əməliyyatı keçirən Zemfira Adıgözəlova bu addımı çoxdan atmaq istədiyini vurğulayıb:
“Əslində kompleksim var idi. Üzdən arıqlayanda burnum o qədər də yaxşı görünmürdü. Çoxları mənə deyirdi ki, arıqlama üzdən yaraşmır. Bu, məni çox boğurdu.
Hər dəfə deyirdim ki, bu payız, ya yaz etdirəcəm. Şəkillərə baxanda “Ay Allah, nə gündəyəm. Burnumu mütləq əməliyyat etdirməliyəm” söyləyirdim.
Əməliyyata sentyabr ayında girəcəkdim. Sadəcə “Maşın” şouya dəvət aldığım üçün düşündüm ki, üzümün şişliyi yatmaz. Ona görə də realiti şounun bitməsini gözlədim”.
Z.Adıgözəlova efirdən uzaq düşməsinin də səbəbini açıqlayıb:
“Əməliyyata görə heç bir layihəyə start verə bilmirdim. İnşallah, bir müddət keçsin izləyicilər mütləq məni efirdə görəcəklər”.
Gununsesi.info











