Terror qurbanları arasında azərbaycanlı yoxdur

  • By admin
  • 29 İyun 2016 13:07

terror

 

İyunun 28-də axşam İstanbulun Atatürk aeroportunda baş vermiş terror aksiyasında ölən və yaralananların şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesində Azərbaycan Respublikası vətəndaşının adına rast gəlinməyib. Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-i məlumat yayıb. XİN-dən bildirilib ki, bu istiqamətdə işlər davam etdirilir, ölü və ya yaralı siyahısında Azərbaycan vətəndaşları ilə bağlı yenilik olsa, səfirliyə məlumat veriləcək.

Qeyd edək ki, terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər yaralanıb.