Akif Çovdarovun həbs müddəti uzadıldı

  • By admin
  • 29 İyun 2016 12:58

akif

 

Bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun və digər şəxslərin barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Gununsesi.info-nun məlumatına görə, Səbail rayon Məhkəməsinin A. Çovdarovun və digərlərinin həbs müddətinin 4 ay artırılması barədə qərarı qəbul edib.

Qeyd edək ki, A. Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilir.