19 yaşlı gənc dənizdə batıb - FOTOLAR

  • By admin
  • 29 İyun 2016 12:47

bog (1)

 

19 yaşlı Yusifzadə Sahil İsrail oğlu “Bilgəh” çimərliyi ərazisində nəzarət olunmayan yerdə çimərkən batıb. Bu barədə Gununsesi.info-ya fövqəladə hallar nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin Bilgəhdəki xilasetmə məntəqəsinə bir gəncin suda batması ilə bağlı məlumat daxil olub. Hadisə xilasetmə məntəqəsindən təxminən, 700 metr məsafədə, nəzarət olunmayan ərazidə baş verib.

Dərhal hadisə yerinə yollanan xilasedicilər tez bir zamanda batmış gəncin meyitini taparaq sudan çıxarıblar.

Araşdırma nəticəsində suda batan şəxsin 19 yaşlı Yusifzadə Sahil İsrail oğlu olduğu bəlli olub. Sahil Yusifzadənin cəsədi aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

bog (2)

 

bog (3)

 

bog (4)

 

bog (5)

 

bog (6)

 

bog (7)