“Tik-tok”da qeyri-etik ifadələr işlədən qadın polislər tərəfindən müəyyənləşdirilib

  • By admin
  • 17 Avqust 2021 20:40

“Tik-tok” sosial şəbəkəsində qeyri-etik ifadələr işlədən paytaxtın Nəsimi rayonunda kirayə yaşayan 1988-ci il təvəllüdlü Anarə Natiq qızı Valehova müəyyən olunaraq, polis orqanına dəvət olunub.

Gununsesi.info  xəbər verir ki, onunla aparılan sorğu zamanı A.Valehova qeyri-etik ifadələr səsləndirdiyinə görə peşiman olduğunu bildirərək üzr istəyib.

Bakı Şəhər Baş Polis İdarəsində A.Valehova barəsində araşdırmalar davam etdirilir.

Gununsesi.info