Tolik(Tarix Əliyev) : “ Prezident görsə pul yeyənlərin başına oyun açar ”

  • By admin
  • 17 Oktyabr 2016 17:50

tolik

İki gündü havanın yağışlı olması şəhərin yollarını pis vəziyyətə salıb.

Gununsesi.info xəbər verir ki, küçələrin bərbad hala düşməsi Toliki də dilə gətirib. Sosial şəbəkədə şəhəri bu günə qoyanları sərt tənqid edib:

“Bu nə biabrçılıqdı. Prezident hər il yolların düzəlməsinə pul ayırır bu pullar hara gedir? Kanalizasiya yox hələ bu yağış bir gündü yağır gör 10 gün dayanmadan yağsa su basar  Bakını. Yalandan üzdə qəşəng eləyirlər altda isə heçnə yoxdu,  yeyinti bu qədərmi olar?İnanın ki, prezident bunları görmür onun getdiyi yolları yalnız yaxşı eləyirlər o görsə bunları o pul yeyənlərin başına oyun açar”.

Gununsesi.info