Tovuzda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

  • By admin
  • 12 Yanvar 2017 20:51

qeza-yol-nishani-1-300x198

 

Tovuzda yol qəzası baş verib.

APA-nın verdiyi məlumata görə hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Kənd sakini 1995-ci il təvəllüdlü Elşad Çəfərov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan elektrik dirəyinə çırpılıb. Qəza zamanı sürücü və sərnişin, 1996-cı il təvəllüdlü Elgün Əhmədov müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər.

Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info