Toyda qan töküldü…

  • By admin
  • 20 Avqust 2016 12:46

bicaq

Şəmkirdə toyda bıçaqlanma olub.

Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, rayonun Yeni Həyat kənd sakini 1987-ci il təvəllüdlü Elman Məhəmməd oğlu Səfərov qarının ön divarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə, E. Səfərov yaşadığı kənddə toy məclisində yaranan dava zamanı bıçaqlanıb.

Faktla bağlı Şəmkir  rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info