Tramp Davosa səfər edəcəkmi? - AĞ EVDƏN CAVAB

  • Müəllif: admin
  • 22 Yanvar 2018 21:40

ABŞ prezidenti Donald Trampın Davosda keçirilən beynəlxalq iqtisadi foruma səfəri hökumətin işinin dayandırılması səbəbindən sual altındadır.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bəyan edib.

«Düşünmürəm ki, bu mümkündür. Hazırda prioritetimiz hökumətin işini bərpa etməkdir”, deyə S.Sanders vurğulayıb.

Yanvarın 20-ə keçən gecə ABŞ-da maliyyələşmənin kəsilməsi səbəbi ilə federal hökumət fəaliyyətini dayandırıb.

Gununsesi.info