Ukrayna, Böyük Britaniya, Fransa və Almaniya ABŞ-nin Ukrayna müharibəs ilə bağlı 28 maddəlik təklifinə cavab hazırlayır.
Məlumatı “Reuters” mənbələrinə istinadən yayıb. 21 noyabrda 4 ölkə lideri arasında keçirilən görüşdə tərəflər Avropa və NATO ilə bağlı istənilən razılaşmanın “avropalı tərəfdaşlar və müttəfiqlərin konsensusu”nu tələb etdiyini bildirib.
Avropalıları narazı salan başqa məsələ ABŞ-nin dondurulmuş Rusiya aktivlərindən 100 milyard dollardan istifadə etmək niyyəti olub. Plana əsasən, bu vəsait ABŞ-nin liderliyi ilə Ukraynanın bərpasına xərclənəcək, amma ondan gələn gəlirin 50%-ni də Vaşinqton götürəcək. “Politico”ya danışan avropalı mənbə deyib ki, bu AB-nin Ukraynanın reparasiya krediti verməsi üçün aktivlərdən istifadə planına mane ola bilər. Başqa bir avropalı diplomat isə ideyanı skandal adlandırıb.
“Avropalılar çalışırlar ki, aktivlərin ukraynalıların xeyri istifadəsi üçün işlək həll tapsınlar, amma Tramp ondan xeyir götürmək istəyir. Bu təklifi yəqin ki hamı rədd edəcək”.
Politico”ya danışan başqa mənbə isə Avropadakı aktivlərin ABŞ prezidentinin istifadə səlahiyyətinin olmadığını deyib. O, “Uitkof psixiatra müraciət etməlidir” deyib.
Hazırda Avropada Rusiya Mərkəzi Bankının dondurulmuş 200 milyard avroluq aktivi var. Avropa Komissiyası bunun 140 milyardını Ukraynaya kredit şəklində vermək istəyir. Plana əsasən, bu krediti müharibə bitdikdən Ukrayna Mərkəzi Bankı qaytarmalı, sonra isə vəsait Rusiyaya verilməlidir. Lakin məsələ ilə bağlı Avropada konsensus yoxdur.











