Trampdan Putini qəzəbləndirəcək açıqlama: "Hazırlaş, Rusiya, raketlər gəlir" - FOTO

  • Müəllif: admin
  • 11 Aprel 2018 15:12
ABŞ prezidenti Donald Tramp Suriyada baş verən son hadisələrə görə, Rusiyanı təhdid edib.
Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Suriyadakı hərbi müdaxilə variantları ilə bağlı təəccüblü açıqlama verib:
“Rusiya Suriyaya buraxılacaq bütün raketləri vuracağına söz verir. Hazır ol Rusiya çünki xoş, yeni və ‘ağıllı’ raketlərimiz gəlir”.
Tramp Rusiya prezidenti Putinə də çağırış edib: “Xalqını qazla öldürən və bundan zövq alan bir heyvanla ortaq olmamalısan”.
Gununsesi.info