Türk serialları Azərbaycanda çəkiləcək

  • By admin
  • 28 İyun 2016 15:22

13563708_1056573297725998_1809624221_n

 

Türkiyə seriallarının bir qismi bundan sonra Azərbaycanda çəkiləcək. Gununsesi.info xəbər verir ki, bunu Azərbaycann Türkiyədəki turizm nümayəndəliyinin direktoru Nurlana Çaxmaq deyib. Onun sözlərinə görə, türk seriallarının Azərbaycanda çəkilməsinin əsas məqsədi turistləri bu ölkəyə cəlb etməkdir: “Artıq bu layihə üzərində iş gedir”.

Direkor deyib ki, indiki türk serialları nəinki ölkə daxilində, eyni zamanda dünyada populyardır və bu da Türkiyəni dünyada populyar edir. “Biz də bunu nəzərə alaraq, türk seriallarının bir qismini Azərbaycanda çəkilməsini istəyirik. Bu yolla Azərbaycanı dünyaya təqdim edərək, xarici turist patokunun ölkəyə axmasına nail olmaq istəyirik. Hesab edirik ki, türk serialları Azərbaycanda çəkilməsi ölkənin turizm potensialının inkişafına öz töhfəsini verə bilər”.