Türk tarixçi Mübarizdən danışdı: "ALLAH ONDAN RAZI OLSUN, TƏKBAŞINA 45 ERMƏNİ ƏSGƏRİNİ ÖLDÜRÜB" (VİDEO)

  • Müəllif: admin
  • 23 Yanvar 2018 13:48

Türkiyənin Akit TV kanalında tarixçi Əhməd Anapalı coşqu ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında danışıb. 

Gununsesi.info a24.az-a istinadən xəbər verir ki, tarixçi Mübariz İbrahimovun 50-dən çox erməni əsgərini necə öldürməsindən danışıb. Söhbətin davamında Əhməd Anapalı əllərini qaldıraraq bu cür qəhrəmanlar verdiyi üçün Rəbbinə şükür edib:

“Azərbaycanın bir igidi var, vura-vura gedir. Pəhləvan kimi bir adamdır. Bu insanlar manyak dərəcədə Vətən sevdalısıdırlar. Mübariz İbrahimov – Allah ondan milyon dəfə razı olsun. Təkbaşına 45 erməni əsgərini öldürüb, bir qismini də silahla deyil, boğaraq, vura-vura öldürüb. Baxın, Xalid Paşadan bir anda Mübariz İbrahimova gəldik. Rəbbimə şükürlər olsun, qəhrəmanlar bitmir. Allahım bu millətə qəhrəmanları verdikcə vermiş. Bu torpaqlarda qəhrəmanlar bitmir, bitməz”.

Gununsesi.info