Türkiyə və Qətər birgə hərbi təlim keçirir  - FOTO

  • By admin
  • 20 İyul 2017 10:58

04

Türkiyə-Qətər birgə təlimləri üçün Qətərə gedən Türkiyə əsgərlərinin altıncı qrupu paytaxt Dohaya çatıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, artıq Türkiyə-Qətər birgə təlimləri üçün 28 nəfərlik topçu batareyası Dohaya çatıb.

Məlumatda Türkiyə-Qətər birgə hərbi təliminin Qətər böhranından əvvəl planlaşdırıldığı, tərəflərin müdafiə qabiliyyətinin artırılması məqsədini güddüyü qeyd olunur.

Xatırladaq ki, Türkiyə əsgərlərindən ibarət ilk qrupu iyunun 19-da Qətər çatıb. Məhz Türkiyə əsgərlərinin ilk təlimi Tarık bin Ziyad hərbi bazasında keçirdikləri bildirilir.

Anar
Gununsesi.info