Türkiyənin şərq bölgələrində güclü şaxtalar hökm sürür.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, ötən gecə Türkiyənin Ərzurum vilayətində -25,1°C qeydə alınıb
“Şərqi Anadoluda güclü qar yağdıqdan sonra Sibirdən gələn soyuqlar hökm sürdü. Ərzurum vilayətinin Tekman rayonunda gecə saatlarında 25,1° şaxta qeydə alınıb”– deyə məlumatda bildirilir.
Qeyd edək ki, ölkədə qar yağması nəticəsində Türkiyənin 20 əyalətində və beş vilayətin ayrı-ayrı rayonlarında təhsil dayandırılıb.