Türkiyə daha 4 şəhid verdi - 8 əsgər isə ağır yaralanıb

  • By admin
  • 31 İyul 2016 17:14

asker

 

Türkiyədə antiterror əməliyyatları davam edir.

Gununsesi.info “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, Mesudiye rayonunda yerləşən Topçam Jandarma postu yaxınlığında xidməti vəzifəsini yerinə yetirən əsgərlər PKK terrorçularının hücumuna məruz qalıblar. Hadisə zamanı Türkiyədə ordusunun 3 əsgəri şəhid olub, 2-si yaralanıb. Bölgəyə əlavə hərbi qüvvələr göndərilib, əməliyyat davam etdirilir. Ordu valisi İrfan Balkanlıoğlu bildirib ki, təhlükəsizlik qüvvələri ilə millətimizin birliyi nəticəsində terrorçular regionumuzda yaşamayacaq.

“Anadolu”nun başqa bir xəbərinə görə isə Hakkarinin Şəmdinli qəsəbəsində  təhlükəsizlik əməkdaşları  ilə  terrorçu PKK-lılar arasında çıxan çatışmada bir əsgər şəhid olub, 6 əsgər yaralanıb.  Hazırda yaralı əsgərlər Şəmdinli Dövlət Xəstəxanasında  həkim nəzarəti altındadırlar. Qeyd olunur ki, bölgədə davam edən antiterror əməliyyatı  səbəbi ilə  Yüksəkova-Şəmdinli  quru yolu trafikə  qapadılıb.

asker-1

asker-2

Gununsesi.info