Azərbaycan Ordusunun mayoru Çingiz Qəhrəmanov və oğlu Rəşad Qəhrəmanovun II Qarabağ müharibəsində eyni cəbhədə döyüşməsi Türkiyə mətbuatının gündəminə çevrilib.
Gununsesi.org xəbər verir ki, bu barədə “Anadolu” agentliyində bildirilib ki, bölgəyə yaxşı bələd olduğuna və müharibə təcrübəsinə malik olduğuna görə, Azərbaycan Ordusunun zabiti Çingiz Qəhrəmanov, Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən ona gələn təklifi dərhal qəbul edib. Əslən Laçın rayonunun Səfiyan kəndindən olan Qəhrəmanov 1 gün ərzində 25 keçmiş döyüş yoldaşından ibarət qrup yaradaraq oğlunu da onların sırasına cəlb edib.
Qəhrəmanovlar, özlərinin aparıcı qüvvələri ilə irəlidə hərəkət edərək, arxadan gələn orduya öndərlik ediblər. Onlar Füzuli, Cəbrayıl, Qubadlı, Laçın istiqamətlərində döyüşüblər.
Müharibə vaxtı xəfif yaralanan Çingiz Qəhərəmanov və oğlu Rəşad həm də 27 ildən sonra öz dogma torpaqları Laçına ayaq basan ilk azərbaycanlı olublar. Mayor Qəhrəmanov evlərini taparaq, bir gecə orada qalıb. 27 il əvvəl atasının məzarına gələrək bir də Laçına qayıdacağına söz verən zabit atasının məzarını ziyarət edərək, onun ruhuna Quran oxuduqlarını dilə gətirib.
Öz müsahibəsində müharibə qurtaran kimi geri çağırıldıqlarını deyən mayor, müharibədə oğluyla əsgər kimi davrandığını vurğulayıb. Ancaq hər dəfə düşmən tərəfindən açılan atəşin oğluna dəyməməsi üçün özünü onun üzərinə sipər edərkən atalıq hissinin irəli keçdiyini də diqqətə çatdırıb.
Rəşad Qəhrəmanov da müsahibə vaxtı atası ilə çiyin-çiyinə vuruşduğu və torpaqları işğaldan azad etdikləri üçün fəxr hissi keçirdiyini bildirib. Bəzən çətin anlar yaşadığını, hətta 2 saat müddətində minaatanlarla atəşə tutulduqlarını dilə gətirən Rəşad, babasının məzarını ziyarət etdikləri an keçirdiyi hissi təsəvvür etməkdə çətinlik çəkdiyini deyib.
Türkiyə onlardan danışır: Azərbaycanlı ata-oğul çiyin-çiyinə qəhrəmanlıq örnəyi yazdılar
- By admin
- 24 Noyabr 2020 17:55
DİGƏR XƏBƏRLƏR
-
26 Aprel 2024 10:49
Hökumət ABŞ Dövlət Departamentinin tənqidlərini nəzərə almalıdır
-
25 Aprel 2024 14:39
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
-
25 Aprel 2024 10:11
Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir
-
25 Aprel 2024 09:54
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi
-
22 Aprel 2024 11:30
Elektrik enerjisinin istifadə qaydalarında dəyişiklik
-
20 Aprel 2024 17:22
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
-
20 Aprel 2024 15:19
Zülfiyyə Bayramova xəstəxanadan görüntüsünü paylaşdı
-
20 Aprel 2024 15:12
“Ayda azı bir dəfə polislər münaqişəli ailələri qəbul edir”
-
18 Aprel 2024 12:38
40 bağça müdiri işdən çıxarılıb, 200-nə töhmət verilib
-
17 Aprel 2024 17:02
Qubad İbadoğlunun istintaqı başa çatıb
-
16 Aprel 2024 19:49
Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib
-
16 Aprel 2024 11:24
Baş prokuror Sabunçuda vətəndaşları qəbul edəcək