Türkiyə otelləri pandemiya dövründə belə işləyir

  • By admin
  • 08 İyul 2020 15:40
Koronavirus pandemiyası Türkiyə otellərinə də çox böyük iqtisadi zərbə vurmaqdadır.
Türkiyənin turizm şəhərlərinə bu il çox az turist gəlib.
Ancaq buna buraxmayaraq otellər açıqdır və turistləri qəbul etməyə hazırdır.
Bəs otellər hansı şəraitdə çalışır?
Hazırda otellərin yeməkxanaları əvvəlki qaydada çalışır. Ancaq yeməkləri müştərilər özləri seçsə də, ofisiantlar masalara gətirir. Bütün yeməklər şüşə arxasındadır.
Hovuzlarda və dəniz sahilində ara məsafə qorunur. Masalar arasında ən az 2 metr məsafə qoyulub.
Bundan başa otellərdə dezinfekiya edici aparatlar çoxluq təşkil edir.
Ən vacibi isə otellərə gələn turistlərdən test cavabları tələb olunur, yüksək hərarəti olanlar otelə buraxılmır.
Aeroportdan otelə gələn avtobuslara da məhdudiyyət qoyulub. 40 nəfərlik avtobuslara 20 nəfər minə bilər.
Gununsesi.org