
Türkiyə parlamenti prezident idarə üsulu haqqında dəyişiklikləri bəyənib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, səsvermə yanvarın 21-də baş tutub. Parlamentin deputatları Konstitusiyaya prezident idarə üsulunun tətbiqi ilə bağlı olan dəyişikliklərdən ibarət qanun layihəsini dəstəkləyiblər.
İclasda iştirak edən 488 deputatdan 339-u düzəlişlərin lehinə səs verib. Ümumxalq səsvermənin 26 mart-18 aprel tarixləri arasında keçirilməsi planlaşdırılır. AKP-dən olan deputatlar bunu ayaqüstə alqışlayıblar.
Səsvermədən sonra çıxış edən baş nazir Bineli Yıldırım Konstitusiyaya dəyişikliklərlə bağlı “Artıq qərar millətimizindir. Millətin verdiyi qərar başımız, gözümüz üzərindədir” – deyib.
Qeyd edək ki, konstitusiya dəyişikliklərinin qəbul olunması üçün 330 deputatın səsi kifayət edirdi.
Gununsesi.info












