Türkiyə və Azərbaycanın XİN rəhbərlərinin telefon danışığı olub

  • By admin
  • 16 İyul 2020 22:53

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

Gununsesi.org xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Türkiyənin Xarici İşlər nazirinin mətbuat katibi Hami Aksoy bildirib.

O qeyd edib ki, Ceyhun Bayramova zəng edən Mövlud Çavuşoğlu onu Azərbaycanın Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və uğurlar diləyib.

Telefon danışığında iki ölkə arasındakı mövcud münasibətlərin daha daha da möhkəmləndirilməsi və bir millət iki dövlət prinsipi ilə davam etdirilməsi vurğulanıb.

 

 

Gununsesi.org