“Sərt karantin rejimi daha 2 həftə uzadılacaq” - ŞAHMAR MÖVSÜMOV / VİDEO

  • By admin
  • 16 İyul 2020 23:55

Azərbaycanda sərt karantin rejiminin daha 2 həftə uzadılması nəzərdə tutulur. 

Gununsesi.org xəbər verir ki, bu barədə AzTV-də Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov bildirib.

“Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargah bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Biz karantin rejimini əlavə 2 həftə uzadılmasını nəzərdə tutmuşuq. Buna məcburuq”, – deyə Mövsümov qeyd edib.

 

 

 

Gununsesi.org