Türkiyədə avtobus aşıb: 50-yə yaxın sərnişin xəsarət alıb - FOTO

  • By admin
  • 19 İyun 2017 08:51

giresun-corum

Türkiyədə Giresun-Ankara marşrutu ilə hərəkət edən sərnişin avtobusu Çorum-Sungurlu yolunun 40-cı kilometrliyində körpüdən aşıb.

Gununsesi.info xəbər verir ki, rəsmi məlumata görə, qəza nəticəsində 47 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıb.

Onlardan 3-nün vəziyyəti ağırdır.

Hadisə ilə bağlı tədqiqat aparılır.

Gununsesi.info