Türkiyədə erməni faşistə abidə ucaldıldı - FOTO

  • Müəllif: admin
  • 29 Noyabr 2016 14:06

 

%d0%bc%d0%be%d0%bd%d1%82%d0%b5_%d0%bc%d0%b5%d0%bb%d0%ba%d0%be%d0%bd%d1%8f%d0%bd

Türkiyənin Tuncəli əyalətinin Pembelik  şəhərində I Qarabağ müharibəsində  torpaqlarımızın Ermənistan ordusu tərəfindən işğal edilməsində xüsusi xidmətləri olan,Ermənistanın  Milli Qəhrəman Monte Melkonyana abidə ucaldılıb.  

Gununsesi.info Türkiyənin “Sözçü”  qəzetinə istinadən xəbər verir ki Aşağıdoluca kəndində yerləşən erməni terrorçularının adını əbədiləşdirən abidənin açılışı  2016-cı il aprel ayının 26-da  həyata keirilib.  Erməni mətbuatının yazdığına görə, abidənin açılışında  Fransa və Yunanıstanda  fəaliyyət göstərən erməni diasporasının üzvləri, eləcə də Türkiyənin Tunceli Bələdiyyəsi üzvləri,   Demokratik Xalq Partiyasının ümayəndələri iştirak ediblər.     

Türkiyənin tanınmış araşdırmaçı jurnalisti və yazarı Saygı Öztürk bununla bağlı yazdığı məqalədə qeyd edib ki,  erməni və PKK üzvlərinin qoyduğu abidənin üzərində ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqıırmlar törətmiş Monte Melkonyanın da  adı var:

“Erməni və PKK üzvləri Türkiyənin nəzarətdən kənar bölgələrində terrorçulara abidə ucaldaraq, Türkiyədə altımızı qazmağa çalışırlar. Həmin abidənin açılış mərasimi bu il aprelin 26-da keçirilib. Mərasimə Fransa və Yunanıstandan da erməni diasporu nümayəndələri qatılıblar. Abidənin üzərində ASALA terror təşkilatı üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş, Monte Melkonyanın adları da əks olunub. Abidə üzərində bu sözlər də yazılır: “Erməni soyqırımını lənətləyirik, Armenak Bakırcıyanı və Hrant Dinki anırıq. Erməni soyqırımı 100-cu ildönümündə də davam edir”. Göründüyü kimi, ermənilər jurnalist Hrant Dinkin ölümündən özlərinə müdafi kimi istifadə edirlər”.

Jurnalist yazır ki, bütün bu faktları Əli Erdinçin rəhbərlik etdiyi Tələt Paşa Komitəsi ifşa edib: “Bu komitə olmasa, bütün bu hadisələrdən heç kəsin xəbəri olmayacaqdı”.

ermeni

Gülnaz Qənbərli

Gununsesi.info