Türkiyədə hərbi helikopter qəzaya uğradı: 13 HƏRBÇİ DÜNYASINI DƏYİŞDİ - YENİLƏNİB

  • By admin
  • 01 İyun 2017 07:28

helikop

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

Gununsesi.info-nun verdiyi xəbərə görə, insident Şırnak vilayətində qeydə alınıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir. Ölənlər və yaralananlar barədə məlumat daxil olmayıb.

İlkin ehtimala əsasən, helikopter elektrik xəttinə dəyərək qəzaya uğrayıb. Hadisə yerinə xilasedicilər göndərilib.

***

Türkiyə Silahlı Qüvvələri hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçinin öldüyünü təsdiqləyib.

“Milliyet”-in verdiyi xəbərə görə, yerli vaxtla saat 20:55 radələrində “Cougar” markalı helikopter Uludərə rayonundakı Şenoba bölgəsində elektrik xəttinə toxunaraq yerə düşüb.

Məlumata görə, axşam saatlarında havaya qalxan və içərisində Sərhəd Diviziya komandiri, general-mayor Aydoğan Aydın, eləcə də polkovnik və polkovnik-leytenantların da olduğu hərbi helikopterlə İraq sərhədində əlaqə kəsilib. Bir müddət sonra helikopterin qəzaya uğradığı müəyyən edilib.

Hadisə yerinə helikopter və zirehli vasitələrlə çox sayda əsgər və təcili yardım briqadaları cəlb edilib. Türkiyənin müdafiə naziri Fikri İşıq  hadisə yerinə yollanıb. Hadisə ilə əlaqədar araşdırma davam edir.

Gununsesi.info