Türkiyədə növbədənkənar parlament seçkilərində səslərin 72 faizi sayılıb – YENİLƏNİB-2

  • By admin
  • 24 İyun 2018 21:52


Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 72 faizi sayılıb.

Gununsesi.info-nun məlumatına görə, sayılan səslərə əsasən, “Cümhur ittifaqı” bloku 55,74%, “Millət ittifaqı” 32,84%, Xalqların Demokratik Partiyası isə (HDP) 10,12 faiz səs toplayıb.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyası parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılıb, Böyük Birlik Partiyasının (BBP) namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb.

***

20:42

Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 31 faizi sayılıb.

Gununsesi.info-nun məlumatına görə, sayılan səslərə əsasən, “Cümhur ittifaqı” bloku 59,69%, “Millət ittifaqı” 29,86%, Xalqların Demokratik Partiyası isə (HDP) 8,98 faiz səs toplayıb.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyası parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılıb, Böyük Birlik Partiyasının (BBP) namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb.

***

20:02

Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 12,3 faizi sayılıb.

Gununsesi.info-nun məlumatına görə, sayılan səslərə əsasən hakim Ədalət və İnkişaf Partiyası (AKP) 51,9 faiz, Milliyətçi Hərəkat Partiyası 13,1 faiz, Cümhuriyyət Xalq Partiyası 15,6 faiz, İyi Partiya 8,5 faiz, Xalqların Demokratik Partiyası (HDP) 7,3 faiz, Səadət Partiyası 1,3 faiz səs toplayıb.

Qeyd edək ki, AKP və MHP parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılıb, Böyük Birlik Partiyasının (BBP) namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb.

Gununsesi.inf0