Türkiyədə raket zavodu partladı  - ölən və yaralananlar var

  • By admin
  • 24 May 2018 19:06

Ankarada silah-sursat zavodunda partlayış baş verib. Gununsesi.info-nun sözcü.com.tr-yə istinadən məlumatına görə, hadisə bu gün saat 15 radələrində qeydə alınıb. Şəhərin Almadağ qəsəbəsindəki raket və partlayıcı istehsal edən zavodda hələlik məlum olmayan səbəbdən partlayış olub. Nəticədə 1 nəfər dünyasını dəyişib, 3-ünün vəziyyəti ağır olmaqla 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.