Türkiyədə silahlı insident - YARALANANLAR VAR

  • Müəllif: admin
  • 27 Dekabr 2017 22:55

Türkiyənin Qaziantəp şəhərində naməlum şəxs məktəbin həyətində tüfəngdən atəş açıb.

Gununsesi.info xəbər verir ki, insident nəticəsində 5-i şagird olmaqla 7 nəfər xəsarət alıb. Yaralılar  xəstəxanaya çatdırılıb, onların həyatlarına təhlükə olmadığı bildirilir.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Gununsesi.info