Türkiyədə tanınmış gənc müğənni suda boğulub

  • Müəllif: admin
  • 04 İyun 2018 11:57


İstanbulun Şile bölgəsində qayığın batması nəticəsində 32 yaşlı müğənni Onurcan Özcan suda boğularaq ölüb.

Gununsesi.info “Haber7”yə istinadən xəbər verir ki, qayıqda 5 nəfər olub. Onlardan 3-ü xilas edilib, biri isə axtarılır.

Türkiyənin tanınmış müğənnisi Ferhat Göçer “Twitter” hesabındakı açıqlamada bildirib: “Son albomumda “Yalnızlığın əzgisi” əsərini oxuduğum çox gənc və böyük istedad sahibi Onurcan Özcanın Şiledə qayığın batması nəticəsində itkin düşdüyü xəbəri gədli”.
Gununsesi.info