Türkiyədən ABŞ-a cavab: Qəbuledilməzdir

  • By admin
  • 20 Aprel 2018 21:21


Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın növbədənkənar seçki ilə bağlı açıqlamasına cavab verib.

Gununsesi.info xəbər verir ki, yayımlanan bəyanatda hələ baş tutmamış seçki haqqında rəy verməyin qəbuledilməz olduğu və türk xalqının milli iradəsinə müdaxilə anlamı daşıdığı bildirilib.

Qeyd edək ki, dünən ABŞ Dövlət Departamenti Türkiyədə keçiriləcək növbədənkənar seçki ilə bağlı narahatlığını ifadə edib.

 

Gununsesi.info