Türkiyəli futbolçu “İnter”lə anlaşdı

  • Müəllif: admin
  • 05 Avqust 2017 18:43

dc8ca3a198e028532d86c1554e919d2b

Dortmund “Borussiya”sının futbolçusu Əmrə Mor karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytı “Corriere dello Sport”a istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi “İnter”lə ilkin razılığa gəlib.

Bu barədə futbolçunun agenti Muzzi Oskan məlumat verib: “İnter”lə anlaşdıq. Əmrənin “Napoli”yə keçəcəyi ilə bağlı xəbər isə doğru deyil”.

Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə yığmasının da üzvü olan Əmrə Mor “Borussiya”ya ötən ildən keçmişdi.

 

Gununsesi.info