“Türkiyənin tərəfsiz qalmağı daha yaxşıdır” – BƏƏ

  • By admin
  • 25 İyul 2017 23:38

erdogan-dan-suudi-arabistan-ve-kuveyt-e-tek-9863454_1667_m

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Ənvər Muhamməd Qarqaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələri səfərinə münasibət bildirib.
Nazir Ərdoğanın Qətər məsələsində yeni təkliflər irəli sürmədiyini, bu səbəbdən Türkiyənin tərəfsiz qalmağının daha yaxşı olacağını qeyd edib.
Qarqaş bu fikirlərini “Twitter” sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər və Körfəz ölkələri arasındakı mövcud problemlərin həll yollarınıə axtarmaq məqsədilə səfərə çıxmışdı.
Gununsesi.info