AŞPA-nın qərarı Türkiyəyə düşmən olan dairələrin siyasi əməliyyatıdır.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Qalın Tvitter hesabında yazıb.
“Həqiqətlə əlaqəsi olmayan bu qərarı sərt şəkildə qınayırıq”, – Türkiyə rəsmisi bildirib.
Qeyd edək ki, AŞPA bu gün Türkiyənin yenidən siyasi nəzarət prosesinə cəlb edilməsi haqqında qərar qəbul edib. Türkiyə siyasi nəzarət prosesindən 2004-cü ildə çıxarılmışdı.
Gununsesi.info










