Ucarda avtomobil dörd yaşlı uşağı vurub

  • By admin
  • 29 Mart 2018 20:15


Ucarda avtomobil dörd yaşlı uşağı vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ucar şəhərinin 20 yanvar küçəsində baş verib.

Barat Alı oğlu Səlimov idarə etdiyi VAZ-21012 markalı minik avtomobili ilə 2014-ci il təvəllüdlü Hüseyn Arif oğlu Əliyevi vurub. Ağır xəsarət alan uşaq Ucar Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib.

 

Gununsesi.info