Ukrayna Malaziyaya məxsus təyyarənin partladılmasında şübhəli olan rus casusunu həbs etdi

  • By admin
  • 08 İyul 2020 16:50

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın hərbi kəşfiyyatına çalışan ölkə vətəndaşını həbs edib.

Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, həmin şəxs 2014-cü ildə işğal edilmiş Donbas səmalarında Malayziyaya məxsus, “MH17” reysi ilə uçan “Boeing-777” sərnişin təyyarəsinin partladılmasında təqsirli bilinir.

Ukrayna xüsusi xidmət orqanlarınnı yaydığı məlumata görə, “K” kod adı altında fəaliyyət göstərən bu adam Kiyevdə bir sıra məxfi məlumatların Rusiya tərəfinə ötürülməsi ilə məşğul imiş. UTX bununa bağlı “K”-nin Rusiyanın kəşfiyyat strukturlarının rəhbər şəxsləri ilə telefon danışıqlarını ələ keçirdiyini qeyd edir. Həmin danışıqlarda Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov, onun müavinləri Andrey Burlak, Sergey Smirnov, Rusiya prezidentinin keçmiş köməkçisi Vladislav Surkov kimi şəxslərin adı keçir.

Burada əsas vacub məqam “K”-nin Rusiya Hərbi kəşfiyyat idarəsinin general-mayoru, “Xmurıy” ləqəbli Sergey Dubinski, “Krot” kod adlı Leonid Xarçenko ilə danışıqlarrdır. Onların hər ikisi hazırda terrorizm cinayətindən beynəlxalq axtarışa veriliblər.

Dünən Ukrayna kəşfiyyatı Rusiyaya çalışan iki muzdlunun da tuluduğu xəbərini yayıb. Ukrayna polisi saxlanılan şəxslərin ölkədə ağır cinayətlər törətməyə hazırlaşdığını bildirib.

 

 

Gununsesi.org