Ukraynada Vladimir Zelenskiy qalibdir

  • By admin
  • 01 Aprel 2019 10:18

Ukrayna MSK-nın son açıqlamasına görə, 33,73% səsvermə bülletenlərinin sayılmasından sonra Vladimir Zelenskiy 30,17% səslə irəlidədir.

Pyotr Poroşenko 16,69% səslə ikinci pillədə qərarlaşıb, Yuliya Timoşenko isə 13,17% səslə üçüncüdür.

***

Ukraynada seçki protokollarının 10,27% yoxlanılmasından sonra 29,66% səs toplayaraq liderliyi şoumen Vladimir Zelenskiy əldə edib.

Hazırkı prezident Pyotr Poroşenko 16,83% səs ilə ikinci yerdə qərarlaşıb.

MSK-nın interaktiv tablosuna əsasən “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko 13,75% səs ilə üçüncüdür.

***

Ukraynda prezident seçkilərində protokolların 0,12%-nın yekunlarına əsasən, Ukraynanın hazırkı rəhbəri Petro Poroşenko irəlidədir.

ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, P. Poroşenko 28,69% səs toplayıb.

İkinci yerdə 24,27% səslə “Xalqın nökəri” partiyasının namizədi, şoumen Vladimir Zelenski qərarlaşıb.

“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko 15,12% səslə üçüncüdür.

Səslərin sayılması davam edir.