
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə 20 oktyabr-20 noyabrtarixlərində keçirilən Uşaq Hüquqları aylığı çərçivəsində Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindənDaşkəsən şəhəri Anar Mürsəlov adına 2 saylı tam orta məktəbdə Daşkəsən Rayon İcra Hakimiyyətinin, həmin rayonun Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, habelə Polis Şöbəsinin məsul əməkdaşlarının, məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə “Uşaqlar işgəncələrə yox deyir” mövzusunda tədbir keçirilib.
Bu haqda Gununsesi.info-ya Ombudsman mətbuat xidmətindən məlumat verilib. Belə ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elmar Əliyevçıxışında mövzunun aktuallığını qeyd edərək, uşaq hüquqlarının müdafiəsi istiqamətindəölkəmizdə səmərəli mühitin formalaşdığını diqqətə çatdırıb, bu cür əhəmiyyətli tədbirə görə Müvəkkilə təşəkkürünü bildirib.
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, bu il ölkəmiz tərəfindənratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 27 ili,BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun qüvvəyə minməsinin isə 10 ili tamam olur. həmçinin 20 noyabr tarixi bütün dünyada “Ümumdünya Uşaqlar günü” kimi qeyd edilir, Müvəkkilin təşəbbüsü ilə hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda Uşaq Hüquqları aylığı keçirilir. O qeyd edib ki, hazırkı tədbirin əsas məqsədi uşaq hüquqları üzrə maarifləndirmə ilə yanaşı işgəncələrin də yolverimləz olduğunu təbliğ etməkdən ibarətdir.
Tədbirdə BMT-nin Uşaq Hüquqları Konvensiyasında və “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilən uşaq hüquqları, həmin hüquqların ölkədaxilində həyata keçirilməsi və müdafiəsi üçün mövcud olan mexanizmlər və qurumlar, o cümlədən Ombudsmanın fəaliyyəti və onun Uşaq hüquqları üzrə qaynar xətti olan 916 nömrəsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Habelə Ombudsman təsisatı tərəfindən uşaq hüquqları barədə çoxsaylı nəşrlərin çap olunduğu, uşaqların təhsil hüququ ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda respublikanın bir çox orta məktəblərində həyata keçirilən Uşaq hüquqları üzrə pilləli tədris layihəsi barədə geniş məlumatlar verilib.
Tədbirdə Daşkəsən Rayon Gənclər və İdman İdarəsinin rəisi S.Həsənov, Rayon Təhsil şöbəsinin əməkdaşı T.Qəmbərov, Rayon Polis Şöbəsinin uşaqlar üzrə müfəttişi R.Mazanov çıxışlar edərək, mövzu ilə bağlı fikir və münasibətlərini bildiriblər.
Sonda şagirdlərə Ombudsmanın təşəbbüsü ilə, uşaqların asan mənimsədiyi formada çap edilmiş BMT Uşaq Hüquqları Konvensiyası təqdim ediib.
Gülnaz Qənbərli
Gununsesi.info












