Usubov Pirallahıya yeni rəis təyin etdi

  • By admin
  • 28 Oktyabr 2016 14:10

 

Ramil Usubov

Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.

Gununsesi.info-nun xəbərinə görə,  daxili işlər naziri,  general-polkovnik Ramil Usubov yeni təyinat haqqında əmr imzalayıb. Əmrə  əsasən Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kapitanı Müştəba Həmidov tutduğu vəzifədən azad edilib. Belə ki, o,  nazirin imzaladığı digər əmrlə Pirallahı Rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi təyin edilib.

Gununsesi.info