“Üsyankar səfir” müxalifətdən niyə narazı qalıb? - BU, SİYASİ SƏHVDİR!

  • By admin
  • 04 Avqust 2016 08:57

arif

 

Azərbaycanın Avropa Şurasındakı sabiq səfiri Arif Məmmədov özünün sosial şəbəkədi səhifəsində bəzi müxalifət rəsmilərindən narazılığını ifadə edib. Gununsesi.info “üsyankar səfir”in statusunu təqdim edir:

 

Bu gün Baki Agir Cinayətlər Məhkəməsində, AXCP sədrinin müavini Fuad Qəhrəmanli, Müsəlman Birliyi Hərəkatinin sədri Tale Bagirzadə və daha 16 nəfərin məhkəməsi davam etdi və çox maraqlı məlumatlar üzə çıxmağa başladı.

Artıq hamıya aydın olur kı “Nardaran əməliyyatı” tam savadsız qurulmuş bir tragikomediyayıdır.

BIR MƏSƏLƏ MƏNI ÇOX TƏƏCÜBLƏNDIRIR VƏ HEYRƏTLƏNDIRIR:

Məhkəmədə ABŞ və diqər Qərb səfirliklərinin nümayyəndələri prossesi diqqətlə izlədikləri bir vaxt, əksər müxalifət partiyaların nümayyəndələri biqanəlik nümayiş edirlər.

Məhkəmənin əhəmiyyətinə baxmayaraq, hər zaman eyni insanlar məhkəmə qarşısında və daxildə prosessləri izləyirlər.

Elə bir təəssürat yaranır kı, DINDARLARA SIMPATIYADA ITTIHAM OLUNMAMASIN GÖRƏ partiyalar bu prossesdən kanarda durmağa üstünlük verirlər.

TAM MƏSULİYYƏTLƏ QEYD ETMƏK İSTƏYİRƏM KI, BU SIYASI SƏHVDİR.

Ciddi siyasətçı həm dindarları, həm dünyaviləri, həm mətbuat nümayyəndələrini, ümumiyyətlə haqsızlığa məruz qalmış bütün vətəndaşların məsələlərində fəal iştirak və müdafiə etmələdirlər.

Nardaran Bakıdan cəmi 30 km məsafədə yerləşən Bakı kəndidir…

Qərbin reaksiyasından qorxanlara isə, həyatımın 20 ilindən artığını Avropada yaşamış bir diplomat kimi demək istəyirəm:

“Qərbdə din azadlıqlarına böyük əhəmiyyət verilir.
Müasir dünyavi demokratik cəmiyyəti yalniz dini dəyərlərə hörmət olunan ölkələrdə inkişaf etdirmək mümkündür”.

Təəssüflər olsun ki, mənim dünənki çağırışlarım da diqqətsiz qaldı.